Türkmənistan hakimiyyəti ölkədə panikaya yol verməmək üçün “koronavirus” sözünü və maska geyimməyi qadağan ediblər.

Bu barədə “Sərhədsiz reportyorlar” təşkilatı açıqlama verib.

 

Mediada bu sözdən istifadə etmək yasaqlanıb, məktəb, xəstəxana və ictimai yerlərdə bütün məlumat lövhələrindən virusun adı çıxarılıb.

Bu vaxta qədər Türkmənistan ərazisində koronavirusa yoluxma halları barədə məlumat verməyib. Amma ölkənin gizlin də olsa önləyici tədbirlər gördüyü barədə məlumatlar var. Ölkəyə giriş-çıxışda istilikölçmə cihazları yerləşdirilib, ölkədaxili hərəkət məhdudlaşdırılıb.