Türkiyə velosiped yarışlarına ev sahibliyi edir.

Antalyada keçirilən yarışlardan biri bu gündən başlayıb.

“Tour of Pedalia” adlanan yarış “Pedalia”nın qış velosiped seriyasının bir hissəsi kimi təşkil edilir.

Antalyada bu turnirdə iştirak etmək üçün müxtəlif ölkələri təmsil edən 11 velosiped komandasında yarışacaq 80-dən çox idmançı toplaşır. İlk dəfə təşkil edilən bu yarışda iştirakçılar 203 km-lik marşrutda mübarizə aparacaqlar.

Bununla yanaşı, Türkiyədə həvəskar velosipedçilərə özlərini sınamaq imkanı verən “Gran Fondo” təşkil olunacaq. Yarış çərçivəsində il ərzində ölkənin 13 fərqli vilayətində ümumilikdə 16 yarış keçiriləcək.

İstinadlar Report