Yaponiyanın paytaxtı Tokioda keçirilən Süni İntellekt Qlobal Tərəfdaşlığı (GPAI) Nazirlər Şurasının iclasında Türkiyənin quruma üzvlük müraciəti yekdilliklə təsdiqlənib.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, GPAI süni intellekt prioritetləri üzrə ən son tədqiqat və təcrübəni dəstəkləməklə bu sahədə nəzəriyyə və təcrübə arasındakı boşluğu aradan qaldırmaq məqsədi daşıyan çoxtərəfli təşəbbüsdür. Sözügedən qurum insan mərkəzli dəyərlərə əsaslanan və beynəlxalq əməkdaşlığı inkişaf etdirmək üçün süni intellektin təhlükəsiz, məsuliyyətli və davamlı istifadəsini təşviq edən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) süni intellekt tövsiyələrinə uyğundur.

İstinadlar Report