Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə nə vaxt başlayacağı məlum olub.

“Report”un əldə etdiyi məlumata görə, diplomatın gələn ay Bakıya gələcəyi və fevralın 1-dən vəzifəsinin icrasına başlayacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.