
Türkiyənin yeddi vilayətində FETÖ terror şəbəkəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, Mersin, İzmir, Adana, Niğde, Şanlıurfa, Elazığ və Osmaniye vilayətlərində keçirilən əməliyyatlar nəticəsində FETÖ-nün tələbə strukturlarına mənsub olmaqda şübhəli bilinən 12 nəfər saxlanılıb.