Almaniya kansleri Angela Merkel İstanbulda baş verən terror aktı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Azərbaycan 24 xəbər verir ki, Merkel terror aktını qınadığını və Almaniyanın Türkiyə ilə həmrəy olduğunu bildirib.

Hücumdan dərin kədərləndiyini deyən alman kansler Ərdoğana və türk xalqına dərin baş sağlığı mesajlarını çatdırıb.

Qeyd edək ki, Beşiktaş rayonunda “Vodafon Arena” yaxınlığında baş verən partlayış zamanı 38 nəfər həlak olub.