
Türkiyə Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlayıb.
Bu barədə nazirliyin tviter səhifəsində məlumat yerləşdirilib.
Qeyd olunub ki, hərbçilər NATO-nun müraciəti əsasında göndərilib.
“Baş verən hadisələrdən sonra bölgədə yerləşən 65-ci motoatıcı briqadamızın xüsusi təyinatlı batalyonu Kosovoya yerləşdirilməyə başlayıb”, – deyə nazirlikdən bildirilib.