Malaziyada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkənin Baş naziri İsmail Səbri Yaakobla görüşüb.

“Strateji tərəfdaşımız Malaziyanın Baş naziri İsmail Səbri Yaakobla görüşdük. Onun ötən ay ölkəmizə səfəri zamanı qəbul edilmiş qərarları nəzərdən keçirdik”, – M.Çavuşoğlu tviterdə yazıb.

O, tərəflərin yenilənmiş Azad Ticarət Sazişi imzalayacağını vurğulayıb.

İstinadlar Report