“Rusiyadakı qismən səfərbərlik müharibəni daha da uzada bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, məsələni Rusiyanın xarici işlər naziri Sergey Lavrovla müzakirə edib.

“O, öz ölkəsinin qərarlarını müdafiə edir. Qismən səfərbərlik hər ölkənin öz haqqıdır. Səbəb davam edən müharibədir. Bizim səylərimiz Ukrayna və Rusiya liderlərini görüşdürüb, savaşa ən qısa vaxtda son verməkdir”, – o bildirib.

İstinadlar Report