Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
Nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub.
Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub.
M.Özer jurnalistlərə açıqlamasında İrandakı səfirliyimizə hücumu pisləyib.