Ermənilər Qafqazda azərbaycanlılara qarşı vəhşiliklər törədiblər.
Bunu Türkiyənin Tarix Qurumunun (TTQ) sədri, professor Yüksel Özgen Ankarada keçirilən “Cənubi Qafqaz və Anadoluda türklərə qarşı erməni zülmü” panelindən sonra “Report”un yerli bürosuna açıqlamasında bildirib.
O deyib ki, ermənilər törədikləri qətliamları, vəhşilikləri türklərin adına çıxmaqla, tarixi həqiqətləri dəyişdirə bilməzlər, onların ittihamlarının heç bir tarixi əsası yoxdur.
Hər il aprelin 24-də ermənilərin qondarma soyqırımı ilə bağlı iddiaları onların tarixən törətdikləri cinayətləri ört-basdır etmək xarakteri daşıyır: “Türkiyə xalqı olaraq bizim tarixdəki reallıqları gizlədəcək durumumuz yoxdur. Yəni Türkiyə dövləti baş verən tarixi həqiqətlərin olduğu kimi açıqlanması üçün ortaq komissiyanın qurulmasına, arxivlərin açılmasına daim tərəfdar olub. Amma qarşı tərəf bu təklifin reallaşmasını istəmir”.