Türkiyənin Fransanın paytaxtı Paris şəhərindəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb.

Hücum zamanı konsulluğun binasının divarları və pəncərələri zədələnib, xəsarət alan olmayıb.

Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri müəyyən etmək üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb.

İstinadlar Report