Qarabağ zəfərində OSTİM istehsalı olan müdafiə sənayesi məhsullarının da payı var. Hesab edirik ki, Azərbaycanla əməkdaşlığımızın genişlənməsi türk dünyasına böyük fayda verəcək.

Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin Ortadoğu Sənaye və Ticarət Mərkəzinin (OSTİM) Mütəşəkkil Sənaye Zonasının (ÖSB) İdarə Heyətinin sədri Orhan Aydın bildirib.

O qeyd edib ki, rəhbərlik etdiyi qurumun mütəxəssisləri tərəfindən Qarabağda hansı sənaye sahəsinin inkişafa ehtiyacı olduğunun öyrənilməsi nəzərdə tutulub: “İşğaldan azad edilən Azərbaycan torpaqlarında hələ ki olmamışıq. Amma OSTİM istehsalı olan maşınlar, müdafiə sənayesi məhsulları savaş bölgələrində istifadə edilib, bundan da məmnuniyyət və qürur duyuruq”.

Rəhbərlik etdiyi qurumun dünyanın 20-dən çox ölkəsinin müvafiq müəssisələri ilə əməkdaşlıq etdiyini bildirən O.Aydın Özbəkistanda OSTİM ÖSB nümunəsinin tətbiq olunduğunu vurğulayıb.

İstinadlar Report