Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Suriya ilə sərhəddə yerləşən Hatay vilayətinə səfərini yarımçıq qoyub və Ankara şəhərinin Almadağ bölgəsində yerləşən raket və onlar üçün sursat istehsal edən fabrikdə yanğın xəbərindən sonra paytaxta qayıdıb.

Bu barədə “Hürriyet” qəzeti yazıb.

“Milli müdafiə naziri Yaşar Gülər Hatay vilayətində proqramını yarımçıq qoyaraq Ankaraya yollanıb”, – məlumatda bildirilir.

İstinadlar Report