
“Düzü, ABŞ – Ermənistan birgə hərbi təlimlərinə ciddi əhəmiyyət vermədik”.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “Milliyət”ə müsahibəsində deyib.
O bildirib ki, indiki həssas məqamda Ermənistana 25 minlik ordunun gətirilməsi səhv mesaj olaraq qiymətləndirilə bilər: “Ona görə də düşünürəm ki, bütün ölkələr daha diqqətli davranmalıdır. Bu, daha doğrudur”.