
Türkiyənin Demokratiya və Milli Birlik Günü münasibətilə Nyu-Yorkun məşhur Tayms meydanında fotosərgi keçirilib.
Türkiyə-Amerika Milli Rəhbər Komitəsi (TASC) tərəfindən təşkil olunan sərgidə 15 iyul gecəsi Türkiyədə yaşanan hadisələr, Türkiyə xalqının FETÖ teror təşkilatına qarşı müqaviməti, bombalanan dövlət binaları və mitinqlərdən fotolar nümayiş olunub.
TASC-ın nümayəndələri Türkiyədə demokratiya zəfərinin simvoluna çevrilmiş 15 iyul – Türkiyədə Demokratiya və Milli Birlik Günü barəsində yerli sakinləri və turistləri məlumatlandırıblar. Sərgi yerli ictimayyətin diqqətini çəkib.
Eyni zamanda Tayms meydanında və Nyu-Yorkun mərkəzi küçələrində 15 iyul gecəsi barədə məlumatların əks olunduğu led ekranlı avtomobil hərəkət edib.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən 252 mülki şəxs və hərbçi şəhid olub.