Onkoloji xəstəliklərlə mübarizə ayı daxilində Türkiyənin məşhur mütəxəssisləri Bakıda pasiyent qəbul edəcək!

“Referans Medical Group” daxilində fəaliyyət göstərən, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və Türkiyənin məşhur Memorial Sağlıq Qrupunun imzaladığı memorandum əsasında artıq 4 aydır ki,  məşhur türk mütəxəssisləri Azərbaycana dəvət olunaraq pasiyent qəbulları həyata keçirirlər. Bu memorandumun imzalanmasında əsas məqsəd burada xüsusi ixtisaslar üzrə müalicə ala bilməyib Türkiyə daxil olmaqla digər xarici ölkələrə, müalicə üçün üz tutan pasiyentlərə dəstək olmaqdır.

Fevral ayının bütün dünya üzrə Onkoloji xəstəliklərlə mübarzə ayı olduğuna əsasın 28 və 29 Fevral tarixlərində Memorial Sağlamlıq Qrupundan Süd vəzi xəstəlikləri üzrə Uzman Cərrah-Mamoloq Dosent Dr. Mustafa Tükenmez və Tibbi Onkoloji Uzmanı Dosent Dr. M. Teoman Yanmazdır.

Süd vəzi xərçəngi qadınlar arasında yayılmasına görə 1-ci yeri tutur, bu xəstəlik  faiz etibarilə kişilər arasında 1% hallarda rast gəlinir. Sevindirici bir haldır ki, hal-hazırda Azərbaycan daxil olmaqla bütün dünya üzrə süd vəzi onkologiyası daxil olmaqla digər onkoloji xəstəliklərin də müalicəsi mümkündür.Yalnız xüsusi hallarda pasiyentlərin xarici ölkələrə getməyə ehtiyacı qalır.

Oxumağa dəyər:   Hamilə məktəbli Mehriban Zeynalovanın sığınacağına yerləşdirilib

Türk Tıbbi Onkoloji Derneği (TTOD) və European Society for Medical Oncology (ESMO) üzvi, Türkiyənin Memorial Sağlıq Qrupunun Medikal Onkoloji və Daxili xəstəliklər Uzmanı Dosent Dr. M. Teoman Yanmaz xüsusilə əməliyyat öncəsi və sonrası onkoloji xəstəliklər zamanı aparılan kimyaterapiya və radioterapiya üzrə mütəxəssis olaraq, ilk dəfə Azərbaycana dəvət olunub. Eyni zamanda, İmmunoterapiya və Hormon terapiya kimi müalicə metodları və Target terapiyanın seçilməsi üzrə mütəxəssis xüsusilə əməliyyat olunmayan onkoloji xəstəliklər zamanı düzgün müalicə üsulunun seçilməsində pasiyentlərə dəstək olacaq.

Süd vəzi xəstəlikləri üzrə Uzman və Türkiye Meme Hastalıkları Dernekleri Federasyonunun üzvi, Cərrah-Mamoloq Dosent Dr. Mustafa Tükenmez isə hər növ süd vəzi patologiyaları zamanı pasiyentləri qəbul etməyə hazırdır. Eyni zamanda, pasiyent istəkləri əsasında Leyla Medical Center-də müxtəlif süd vəzi xəstəlikləri zamanı endoskopik cərrahi əməliyyatların aparılmasıda mümkündür.

Həkim qəbulları ilə bağlı 050 207 11 19 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

İstinadlar Qafqazinfo