Türkiyənin silahlı qüvvələri İraqın şimalındakı “Pençe-Yıldırım” əməliyyatı çərçivəsində PKK-nın iki terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

“Regionda aşkar edilmiş PKK-nın iki terrorçusu ATAK helikopteri vasitəsilə zərərsizləşdirilib. Beləliklə, əməliyyatın gedişatında zərərsizləşdirilən terrorçuların sayı 46 nəfərə çatıb”, – xəbərdə deyilir.

İstinadlar Report