Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri İraqın şimalında davam edən “Pənçə-Qılınc” antiterror əməliyyatı zonasında terrorçuların hücumuna məruz qalıb, ikisi şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, terorrçular Türkiyə hərbçilərinə silahlı hücum edib. Nəticədə bir hərbçi şəhid olub, üçü yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin, edilən tibbi müdaxilələrə baxmayaraq hərbçilərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

İstinadlar Report