Türkiyə Milli Müdafiə Nazirliyinin bölmələri İskəndərun limanında baş vermiş güclü yanğının söndürülməsinə cəlb edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Qeyd olunub ki, yanğının söndürülməsinə Quru Qoşunların helikopterləri və Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr qoşulub.

Xatırladaq ki, Türkiyənin İsgəndərun limanında zəlzələdən sonra güclü yanğın başlayıb. Alov yüzlərlə yük konteyneri arasında sürətlə yayılıb.

İstinadlar Report