Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ikinci fövqəladə qurultayının gündəliyi açıqlanıb.

Qurultayın gündəliyinə 10 məsələ daxil edilib.

Qurultayda təşkilatı məsələlərə baxılacaq. Bunlardan biri də partiya sədrinin seçilməsidir.

Proqrama əsasən, qurultayda yetərsay olmadığı halda fövqəladə qurultay eyni gündəliklə mayın 23-də keçiriləcək.

Qeyd edək ki, AKP-nin qurultayı mayın 22-də saat 12.00-da (Bakı vaxtı ilə) Ankarada, Doğanbey məhəlləsində, Anakar Spor salonunda başlayacaq. (Report)