Türkiyəli jurnalist, Doğan Xəbər Agentliyinin (DHA) Azərbaycan nümayəndəsi Ali Kan işğaldan azad edilmiş torpaqlarımızdan reportaj hazırlayıb.

Təmas xəttinə səfər edən Ali Kan 24 il sonra Lələtəpədə dalğalandırılan bayrağımızın önündə Türkiyə telekanallarına canlı bağlantı edib, Azərbaycan ordusunun qüdrəti haqqında məlumat verib.