Dünyadakı misli görünməmiş böhranlar fonunda BMT-nin islahatı həmişəkindən daha zəruridir və bu, dünya təşkilatının Təhlükəsizlik Şurasından başlamalıdır və buna yalnız hökumətlərarası danışıqlar yolu ilə nail olmaq olar.

Bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəliyindən TASS-ın sorğusuna cavab olaraq bildirilib.

“Türkiyə 21-ci əsrin mürəkkəb problemlərini həll etməyə qadir olan daha təsirli və aktual bir BMT görmək istəyir, xüsusən də beynəlxalq sistemin son illərdə yaşadığı misli görünməmiş böhranlar fonunda bu, hər zamankıda daha zəruridir”, – diplomatik missiyanın cavabında qeyd olunub.

İstinadlar Report