Azərbaycanda səfərdə olan Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Enis Yavuz Yıldırım Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində və Yetkinlik yaşına çatmayanların cəza çəkdiyi müəssisədə olub.
Enis Yavuz Yıldırım qadın cəzaçəkmə müəssisəsində yaradılmış “Ən tez” xidməti, məhkumların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş otaqlar, çörək, xalça və tikiş sexləri, görüş otaqları, yeniyetmə məhkumlar üçün idman zalı, dərs otaqları, rəsm dərnəyi, saxlanma kameraları və s. ilə tanış olub.
Türkiyə rəsmisi tanış olduqları müəssisələrdə yaradılmış müasir infrastrukturun məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əyani təzahürü olduğunu bildirib, ölkələrimiz arasında cəza-icra sahəsində əməkdaşlığın məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin olunmasına töhfə verəcəyini qeyd edib.