Türkiyənin Egey regonunun Bodrum kurort şəhəri ərazisində meşə yanğını söndürülüb. Təxliyə edilən bütün turistlər öz mehmanxanalarına qayıdıblar.

Bu barədə şəhərin meri Əhməd Aras bildirib.

“İndi Bodrumda yanğınlar yoxdur, yanğınların hamısı söndürülüb, mehmanxanalarla bağlı heç bir problem yoxdur. Amma bizim çox gözəl meşəmizin böyük ərazisi yandı”, – o deyib.

Aras həmçinin əlavə edib ki, bundan sonra Güvercinlikdə də yanğın söndürülüb, turistlər mehmanxanalara qayıtmağa başlayıblar. Kurort hakimiyyəti Bodrumda dincələn üç ölkənin – Rusiya, Ukrayna, Almaniyanın konsulluqları ilə daimi əlaqədədir.

Məmur qeyd edib ki, Bodrumda yanğın zamanı heç kim zərər çəkməyib.

İstinadlar Report