
Nəyin bahasına olursa olsun, Ukraynadan keçən və uzunmüddətli qlobal qarşıdurma təhlükəsi yaradan yeni geosiyasi cəbhənin yaranmasının qarşısını almaq lazımdır.
Bu sözləri Türkiyənin BMT-dəki daimi nümayəndəsi Ahmet Yıldız təşkilatın Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasında çıxışı zamanı deyib.
Diplomat qeyd edib ki, eskalasiya təkcə Avropanı deyil, həm də qlobal sabitliyi təhdid edir. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin indiyədək münaqişənin dayandırılması üçün gördüyü tədbirlər hələ ki, nəticə verməyib.