
Türkiyənin baş naziri Binəli Yıldırım terror aktının törədildiyi İstanbulun Atatürk adına Hava Limanına gəlib.Baş nazir partlayışların baş verdiyi ərazidə olub.
Binəli Yıldırım partlayışların İŞİD terror qruplaşması tərəfindən həyata keçirildiyini bildirib. O, qeyd edib ki, qanlı hadisənin arxasında İŞİD terrorçuları dayanır.