“Naxçıvanın keçmişdə olan ipəkçilik şöhrətini özünə qaytaracağıq”.

Bunu Naxçıvan televiziyasına müsahibəsində Türkiyə Naxçıvandakı baş konsulu Asip Kaya deyib.

“Bu gün Naxçıvanda baramaçılığı və ipəkçiliyi inkişaf etdirmək üçün tut tingləri əkdik. Bu layihənin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Bildiyiniz kimi Türkiyə, əsasən də Bursa bölgəsində baramaçılığın inkişafı əhəmiyyətli dərəcədə yüksəlib. Bu sahədəki təcrübəmizi Naxçıvanla paylaşırıq”, – baş konsul bildirib.

Asip Kaya deyib ki, bundan sonra Naxçıvanda yeni bağlar salınacaq.

İstinadlar Report