Türkiyənin xarici işlər nazirinin müavini və Avropa İttifaqı ilə iş üzrə İdarənin sədri səfir Mehmet Kemal Bozay Almaniya XİN-in siyasi direktoru səfir Günter Sautterlə Türkiyə – Aİ əlaqələrini müzakirə edib.

Bu barədə Türkiyə XİN-in mətbuat xidməti bildirib.

“Nazir müavinimiz və Aİ ilə iş üzrə İdarənin sədri səfir Mehmet Kemal Bozay Almaniyanın Xarici İşlər Nazirliyinin siyasi direktoru səfir Günter Sautteri qəbul edib. Görüşdə ikitərəfli münasibətlərimiz, regional inkişaflar və Türkiyə – Aİ əlaqələri müzakirə edilib”, – xarici siyasət idarəsinin sosial şəbəkə hesabında qeyd olunub.

Xatırladaq ki, oktyabrın 31-də Türkiyə XİN Ankaranın Avropaya inteqrasiyası prosesində irəliləyişin Aİ-ni siyasi iradəsindən və onun strateji yanaşmasından asılı olacağını bildirmişdi.

İstinadlar Report