Cerablusda dünən yaşanan qarşıdurma zamanı Türkiyənin ABŞ-dan dəstək istədiyi, lakin qarşı tərəfin bu tələbi rədd etdiyi iddia olunub

Bu iddianı “Anadolu” Agentliyi irəli sürüb.
Yerli vaxtla saat 19:00 radələrində İŞİD hücuma keçərək, bir tankı raketlə vurduqdan sonra Türkiyə Silahlı Qüvvələri hazırda İncirlik hərbi hava bazasında olan ABŞ liderliyindəki koalisiya qüvvələrindən hava dəstəyi istəyib.
O da bildirilir ki, müxtəlif bəhanələrlə hava dəstəyi göndərilməyib. Nəticədə Türkiyə Silahlı Qüvvələri öz qırıcı təyyarələrini havaya qaldıraraq, hərbi əməliyyata başlayıb.