Türkiyə hüquq – mühafizə orqanları İstanbul, Van, Şanlıurfa, Elazığ, Dücze, Diyarbakir, Bursa, Edirne, Kırlareli, Kilis, Iğdır, Hatay, Adana, Kahramanmaraş və Dənizli şəhərlərində əməliyyat keçirib.

Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, bölücü terror təşkilatına (BTÖ) qarşı keçirilən əməliyyatda 37 nəfər saxlanılıb.

Həmçinin, Ağrı vilayətində sərhədi qanunsuz keçməyə çalışan 2 terrorçu məhv edilib.

İstinadlar Report