Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş Gəncəyə gedib.

O, səfəri barədə tvitter hesabında paylaşımlar edib.

“AK Parti heyəti olaraq qədim türk şəhəri Gəncə ilə eyniləşən dahi şair Nizami Gəncəvinin qəbrini və Gəncənin vacib məkanlarından olan İmamzadə kompleksini ziyarət etdik”, – N.Kurtulmuş yazıb.

Bundan başqa, partiya heyəti Gəncədə Ermənistanıln raket atdığı əraziyə də baş çəkib.

“Gəncədə Qarabağ Müharibəsi əsnasında Ermənistanın atdığı ballistik raketlərin dağıtdığı mülki yaşayış yerlərini ziyarət edib, şəhidlərimizə dua etdik.

Ümid edirik ki, beynəlxalq dairələr tərəfindən burada bu cinayəti törədənlər barəsində lazımi prosedur başladılar”.

İstinadlar Qafqazinfo