AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • “Pakistanla birgə təlimlərin artıq vaxtı çatıb” – Prezident
  • Zakir Həsənov: “Ordumuzun döyüş təcrübəsi bir çox ölkələrin orduları tərəfindən öyrənilir”
  • General: “Pakistan Azərbaycanla hərbi əməkdaşlığı yeni müstəviyə çıxarmaq istəyir”
  • İlham Əliyev Pakistanın Baş Qərargah rəisinə: “Biz birgə hərbi təlimlər üzərində düşünürük”
  • Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi
  • Qarabağda hansı işlər görüləcək?
  • Moldova mediası İlham Əliyevin çıxışına geniş yer ayırıb
  • İşğaldan azad edilmiş ərazilər üzrə Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib
  • Ukrayna MDB-nin mobil rabitə sistemindən çıxdı
  • Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO
  • “Pakistanla birgə təlimlərin artıq vaxtı çatıb” – Prezident
  • General: “Pakistan Azərbaycanla hərbi əməkdaşlığı yeni müstəviyə çıxarmaq istəyir”
  • Qazimizin gözləri açıldı, həkimə şokolad hədiyyə etdi
  • Qarabağda hansı işlər görüləcək?
  • Moldova mediası İlham Əliyevin çıxışına geniş yer ayırıb
  • Ukrayna MDB-nin mobil rabitə sistemindən çıxdı
  • Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO
  • MN: Komandirlər şəxsi heyətin təhlükəsizlik tədbirlərinə riayət etməsinə görə məsuliyyət daşıyırlar
  • Füzulidə ermənilərin silah-sursatı aşkar edilib
  • Ağdamda vəzifəli şəxs minaya düşdü
  • Ermənistan prezidenti baş qərargahın rəisi ilə görüşüb
  • Milli Məclisin növbəti iclas tarixi açıqlandı
  • Azərbaycan və İtaliya XİN rəhbərləri telefonla danışdı
  • Azərbaycanda 3 marta yoluxma sayı
  • Aİ: Peyvənd pasportları hələ sonra tətbiq olunacaq
  • Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Türkiyəli psixoloqlar Gəncə və Bərdədə də fəaliyyətə başlayır – Video
18/02/2021 15:49
Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO
03/03/2021 17:02
Ödəmə terminalını oğurlayıb qəbirstanlığa apardılar – Video
03/03/2021 14:17
Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı – Video
03/03/2021 13:52
DİN-dən quzu gəzdirənlər haqda açıqlama – VİDEO
03/03/2021 10:49
Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı – Video
03/03/2021 00:54
“Şuşa da, Qarabağ da Azərbaycanındır” – Ermənidən etiraf+Video
02/03/2021 23:47
Füzulinin daha bir kəndindən – Video
02/03/2021 18:42
Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO
02/03/2021 15:32
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video
02/03/2021 13:37
Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video
02/03/2021 12:39
Oğurluq edərkən kameraya düşdü – VİDEO
02/03/2021 12:37
Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO
02/03/2021 11:00
“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video
02/03/2021 10:47
RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO
01/03/2021 17:24
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO
01/03/2021 15:07
Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO
01/03/2021 13:49

Video xəbərlər

  • Erməni vandalları Füzulinin bu kəndini də xarabaya çevirib – VİDEO
  • Zəngilanın Keçikli kəndi – VİDEO
  • Türkiyə ilə Azərbaycanı birləşdirən “Qardaşlıq dastanı” – Video
  • “O gözlə sükana oturub maşın sürmək də olar” – Video
  • BBC 27 ildən sonra Ağdama qayıdan azərbaycanlı haqqında reportaj hazırlayıb – VİDEO

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

05/03/2021
10:52 Ermənistanda daha 442 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
10:42 Erməni vandalları Füzulinin bu kəndini də xarabaya çevirib – VİDEO
10:32 “YAŞAT”ın Türkiyəyə göndərdiyi 4 qazi sağalaraq Azərbaycana qayıtdı
10:27 9 illik təhsil üzrə buraxılış imtahanının yeni modeli ilə bağlı açıqlama
10:25 Kubalı boksçu azərbaycanlı xanımla nişanlandı – Fotolar
10:21 İsrailli qadın ərinin gözünü qazimizə bağışladı – Əsgərimiz artıq görür
10:17 Ramiz Mehdiyev də YAP-ın qurultayında – FOTO
10:13 İlham Əliyev də YAP-ın iclasına qoşuldu – Ciddi dəyişikliklər olacaq
10:10 Zelenski Saakaşvilini bu vəzifəsindən azad etdi
10:07 Vasif Talıbov təcili Bakıya çağırıldı – FOTO
10:03 Azərbaycan nefti kəskin bahalaşdı
10:00 Türkiyədə baş vermiş helikopter qəzasının ilkin səbəbləri açıqlandı
09:57 “Ermənistanın da atacağı sülhsevər addımlarla sabitliyə ümid edirik”
09:57 “WhatsApp” messencerinin masaüstü versiyası üçün səsli və videozənglər əlçatan olub
09:54 “Samsung” yeni 2021-ci il televizorlar seriyası təqdim edib
09:52 “Apple” məhkəməyə verilib
09:39 “Azərbaycan xalqı kimi atanız da Sizinlə fəxr edərdi“ – Əfqanıstan prezidenti Əliyevə
09:37 Bakıda itən məktəbli qız tapıldı
09:32 Sizin acınız bizim də acımızdır – Zakir Həsənovdan Türkiyəyə başsağlığı
09:22 YAP-ın qurultayı başlayır
08:47 Karlovı Varı film festivalı ertələndi
08:37 Argentinalı merin Putinin portreti ilə peyvənd olunması səbəbi məlum oldu
07:47 ABŞ konqresmeni ermənilərin Xocalıdakı qətlləri ilə bağlı bəyanat yaydı
06:57 “Bloomberg”: ABŞ və Britaniya Rusiyaya əlavə sanksiyalar tətbiq edə bilər
05:42 Dünyada koronavirusla bağlı son vəziyyət
05:37 Türkiyədə hərbi avtomobil qəzaya uğradı, xəsarət alanlar var
05:07 BMT: Myanmada hərbi çevriliş dövründə 54 nəfər öldürülüb
04:37 Vanuatu sahillərində güclü zəlzələ
03:52 Əlində Putinin portreti ilə peyvənd olundu
03:42 Suriyada YPG/PKK terrorçularının hücumu zamanı bir neçə nəfər yaralanıb
02:04 Acı bibər ölüm riskini azaldır
02:02 Fransada yol qəzası kütləvi toqquşmalara, dağıntılara, yanğınlara səbəb oldu
01:17 ÜST koronavirusun mənbəyi olan Uhana səfər məruzəsini açıqlamaqdan imtina etdi
00:24 Hərbi yararlı şəxslərə ölkədən çıxmaq qadağası var? Apreldə savaş olacaq? – Açıqlama
00:17 Paşinyan mühafizəsini yalnız Türkiyəyə etibar edir – Ermənistanda panika
00:00 Türkiyədə həlak olan hərbçilərin sayı 11-ə yüksəldi
04/03/2021
23:14 NATO Türkiyəyə hərbi helikopter qəzası ilə bağlı başsağlığı verdi
23:12 Ceyhun Bayramov da Türkiyəyə başsağlığı verdi
22:32 Helikopter qəzasında şəhid olanlardan biri generaldır
22:19 Mübariz Mənsimov Türkiyədə gündəm oldu
22:07 Dövlət Agentliyindən COVAX-la bağlı daha bir açıqlama
21:45 İsrailin Bakını qoruyan ‘mələkləri’ haqda bilmədikləriniz
21:32 İlham Əliyev Ərdoğana başsağlığı verdi
21:27 “Azərbaycan 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı edib” – Prezident
20:47 Gürcü telejurnalist: “Ağdamda dini və mədəniyyət ocaqları məhv edilib”
20:37 Quba sakininin pulunun qaytarılmaması xəbərinə – DİN-dən reaksiya
19:47 Türkiyədən acı xəbər: 1 general daxil 9 hərbçi öldü
19:42 İlham Əliyevdən Zəngəzur açıqlaması
19:37 Metyu Brayza: “Ermənistan hələ də məğlubiyyətin şokundadır”
19:27 Bakıda bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirildi – Siyahı
18:51 Zəngilanın Keçikli kəndi – VİDEO
18:49 “Ermənistan özünü normal apararsa, bu prosesdən faydalana bilər” – Prezident
18:47 Azərbaycanla Ermənistan arasında mübadilə olunan əsirlərin sayı açıqlandı
18:44 Dövlət başçısı: “Azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq”
18:42 Azərbaycan Prezidenti: “Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu”
18:27 DİN-dən “Park İnn”də keçirilən kütləvi tədbirlərlə bağlı – Açıqlama
18:12 Yeni Zelandiyada 7,3 bal gücündə zəlzələ olub
18:04 Belçika vaksinasiya qaydalarını sadələşdirir
18:02 Paşinyan onu istefaya çağıran milyonçu partiya sədri ilə görüşmək istəyir
17:52 Beş partiya YAP-a qoşulmaqla bağlı qərar verib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Türkiyəli psixoloqlar Gəncə və Bərdədə də fəaliyyətə başlayır – Video

Multimedia 18/02/2021 15:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fevralın 26-dan etibarən Türkiyədən olan psixoloq mütəxəssislərin iştirakı ilə  Bakı şəhəri ilə yanaşı Gəncə və Bərdə şəhərlərində də müharibədən və erməni terrorundan fiziki və mənəvi zərər görmüş vətəndaşların psixoloji reabilitasiyası işinə başlanılacaq. 

Bu regionlarda yaşayan vətəndaşlar qeydiyyat üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə zəng edə bilərlər.

Psixoloq mütəxəssislərin qəbulu ödənişsiz həyata keçirilir.

Xatırladaq ki, FHN-in dəvəti ilə Türkiyədən bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəyə gəlib və artıq bir aya yaxındır ki, nazirliyin psixoloqları ilə birgə paytaxtda çalışırlar.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO

Multimedia 03/03/2021 17:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı məşğələləri keçirilib.

Komandir hazırlığı məşğələlərində əsas diqqət zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığının qorunmasına və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Tabor, divizion komandirləri və müavinləri ilə keçirilən komandir hazırlığı məşğələlərində 44 günlük Vətən müharibəsində iştirak edən bölmələrin döyüş təcrübəsini özündə əks etdirən praktiki fəaliyyətlər imitasiya edilib.

Tabor və divizionlarda taktiki-sıra məşğələlərinin təşkili və hazırlanması metodikası göstərilib, düşmənin kiçik ölçülü pilotsuz uçuş aparatlarına və dronlarına qarşı mübarizənin üsul və vasitələri nümayiş etdirilib, praktiki fəaliyyətləri icra edən minaatan batareyaları simulyator minaatanlarından atışlar keçiriblər.

Müasir tank texnikalarının gecə şəraitində döyüşdə tətbiqi ilə minalı sahələrdən, süni və təbii maneələrdən keçməklə atəş tapşırıqlarını yerinə yetirməsi praktiki olaraq göstərilib.

Komandir hazırlığı məşğələlərinə cəlb edilmiş zabitlərdən müxtəlif ixtisas və fənlər üzrə məqbullar qəbul edilib.

Oxumağa dəyər:   "Microsoft" korporasiyası qarışıq reallıq platformasını təqdim edib

Məşğələlərin yekununda bildirilib ki, zabitlərin bölmələri idarəetmə vərdişlərinin təkmilləşdirilməsində, müxtəlif silah sistemlərindən və silahlanmaya yeni daxil edilmiş hərbi texnikalardan istifadə bacarıqlarında, məşğələ və təlimlərin keçirilməsi üzrə hazırlıqlarında müsbət nəticələr əldə edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ödəmə terminalını oğurlayıb qəbirstanlığa apardılar – Video

Multimedia 03/03/2021 14:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində quraşdırılan içərisində 3953 manat pul vəsaiti olan “E-manat” ödəmə terminalı naməlum şəxslər tərəfindən oğurlanıb.

Ödəmə terminalını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Məmməd Kazımov və Emil Həmzəyev saxlanılıblar.  

Araşdırma zamanı müəyyən edilib k, bu şəxslər oğurluğa M.Kazımovun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə gediblər. Hadisədən əvvəl onlar avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirmək üçün Sabunçu rayonunda başqa bir “Chevrolet” markalı nəqliyyat vasitəsinin nömrələrini oğurlayıblar. Daha sonra idarə etdikləri avtomobilə həmin dövlət qeydiyyat nişanlarını bağlayaraq Binəqədi rayonunda qeyd edilən oğurluq hadisəsini töərədiblər. M.Kazımov və E.Həmzəyev ödəmə terminalını Masazır qəsəbəsi ərazisində yerləşən qəbirstanlığın ərazisində yararaq içərisində olan pulu ələ keçiriblər. E.Həmzəyev hadisədən sonra oğurlanan pulun bir qismi ilə özünə məxsus “Khazar” markalı avtomobilin kredit borcunu ödəyib.

Qeyd edək ki, saxlanılan şəxslərin marketdən ödəmə terminalını oğurladığı anlar müşahidə kameraları vasitəsi ilə anbaan qeydə alınıb.

Oxumağa dəyər:   Qarabağ ermənisinin pasportunda doğum yeri Azərbaycan yazıldı

Bu şəxslərin ətraflarında araşdırma aparılan zaman onların elə həmin gün Nəsimi rayonunda yerləşən mağazalardan birindən 400 manat oğurladıqları məlum olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı – Video

Multimedia 03/03/2021 13:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıblar.

DGK-dan verilən məlumata görə, İdarənin Narkotiklərlə mübarizə şöbəsinə əvvəlcədən daxil olan məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində, Bakı şəhəri Nəsimi rayonu ərazisində Azərbaycan vətəndaşı idarə etdiyi “Kia Sorento” markalı nəqliyyat vasitəsində olan siqaretləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin arxa yük yerində 5 ədəd karton qutuların içərisində Azərbaycana məxsus aksiz markası olmayan 1470 qutu “Parliament Silver Blue”, 1030 qutu “Parliament Agua Blue” markalı siqaretlər həmçinin, avtomobilin arxa yük yerinin döşəməsinin altında olan zavod konstruksiyasında nəzərdə tutulmayan boşluqdan 990 qutu “Marlboro Touch”, 20 qutu “Sobranıe superslims less smoke smell”, 4 qutu “Marlboro touch less smell” markalı siqaretlər aşkar edilib.
Avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı Abşeron rayonu, Masazır qəsəbəsində qohumunun yaşadığı fərdi yaşayış evində əlavə olaraq Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan siqaretləri saxladığını bildirib.

Oxumağa dəyər:   COVAX təşəbbüsü əhəmiyyətini itirir

Dərhal əməliyyat tədbirləri davam etdirilərək qeyd edilən əraziyə baxış keçirilib, daha 8 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan 1000 qutu “Parliament Silver Blue”, 500 qutu “Parliament Agua Blue”, 1980 qutu “Marlboro touch” və 500 qutu “Marlboro double mix” markalı siqaretlər aşkar edilib.

Bununla da, hüquqpozma predmeti olaraq, ümumilikdə 7494 qutu xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN-dən quzu gəzdirənlər haqda açıqlama – VİDEO

Multimedia 03/03/2021 10:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyi dünən axşam saatlarında Bakının mərkəzində quzuya uşaq bezi taxaraq gəzdirən iki gəncin saxlanılması ilə bağlı məsələyə münasibət bildirib.

DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, həmin şəxslər quzu gəzdirdiklərinə görə yox, insanların toplaşmasına səbəb olduqları üçün şöbəyə aparılıblar: “Həmin şəxslərə izah olunub ki, xüsusi karantin rejimi qaydalarının pozulmasına yol verə biləcək hərəkətlər qadağandır. Pandemiya dövründə insanların sıx toplaşmasına səbəb olan hərəkətlər etdiklərinə görə ərazidən uzaqlaşdırılıblar.

Onlarla profilaktik söhbət aparılıb və sərbəst buraxılıblar. Həmin şəxslər cərimə edilməyib”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı – Video

Multimedia 03/03/2021 00:54
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının mərkəzində maraqlı hadisə baş verib.

Iki gənc quzuya uşaq bezi taxaraq mərkəzi küçələrdə gəzdiriblər.

Bu zaman onları polis əməkdaşları saxlayıb. Hadisə şahidlərinin sözlərinə görə, həmin gənclər polis bölməsinə dəvət olunublar.

Sözügedən video sosial şəbəkələrdə də geniş yayılıb. Gənclərin əməlində intizam məsuliyyəti olub-olmadığı müzakirələrə səbəb olub.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şuşa da, Qarabağ da Azərbaycanındır” – Ermənidən etiraf+Video

Multimedia 02/03/2021 23:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Şuşa bizim şəhər olmayıb. Oranı əsgərləri ilə birlikdə sparapetlər zəbt etmişdi”.

Bunu ötən gün Ermənistanın Respublika meydanındakı mitinqində Baş nazir Nikol Paşinyanın tərəfdarlarından biri deyib.

“Əlbəttə, Şuşa da, Qarabağ da Azərbaycanındır”, – deyə aksiyanın qadın iştirakçısı bildirib. Onun bu açıqlaması sosial medianın Ermənistan seqmentində geniş yayılıb.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Füzulinin daha bir kəndindən – Video

Multimedia 02/03/2021 18:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Füzuli rayonunun Üçbulaq kəndindən videogörüntülər paylaşıb. 

“Qafqazinfo” həmin videogörüntüləri təqdim edir: 


İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO

Multimedia 02/03/2021 15:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın ərazi bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin bölmələrinin əks-hücum həmlələri ilə başlayan, işğalda olan torpaqlarımızın azad olunması nəticələnən II Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən igid oğullarımızdan biri də Murad Əhmədovdur.

“Report”un Yuxarı Şirvan bürosunun əməkdaşları qazinin yaşadığı Kürdəmirin Qağacılı kəndindəki evinə baş çəkib və Vətən müharibəsi könüllüsü Murad Əhmədovla həmsöhbət olublar.

Murad İlqar oğlu Əhmədov 17 noyabr 1998-ci ildə Qağacılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Muradın da müqəddəs hesab etdiyi vətən qarşısındakı borcu – hərbi xidmətə yollanıb. Həqiqi Hərbi Xidmətini başa vurduqdan sonra təxris edilib. Xidməti dövründə nizam-intizamı və vətənpərvərliyi ilə komandir və rəislərinin diqqətini cəlb edən Murad yoldaşları arasında da böyük hörmət qazana bilib.

Murad Əhmədov II Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə döyüşlərə başlayıb. Ağdam, Füzuli, və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edən Murad düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edib. O, Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb.

Oxumağa dəyər:   Dağ və dağətəyi rayonlarda qar yağacaq

Aldığı ağır yara səbəbindən hazırda yeriməkdə çətinlik çəkir. O, yenidən əvvəlki sağlamlığına qovuşmaq və işləyib ailəsinə maddi dəstək olmaq istəyir. Ümid edir ki, aiddiyyatı qurumlar qəhrəman qazimizə də diqqət ayıracaqlar.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video

Multimedia 02/03/2021 13:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sərbəst fəaliyyət göstərən (freelancer) amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında Yerevandan reportajları davam etdirir.

P. Pankasterin növbəti reportajı ötən gün martın 1-də axşam Yerevanda yürüş-mitinq keçirən “Sasna tsrer” millətçi-terrorçu qruplaşmasının üzvləri barədədir. Həmin qruplaşma əslində Nikol Paşinyanın siyasi müttəfiqləridir, amma dünən axşam Yerevanda hakimiyyət və müxalifət tərəfdarlarından ayrıca aksiya təşkil etmişdi.

Patrik Lankaster millətçi marşların sədaları altında yürüş edən “Sasna Tsrer” üzvlərindən birini sorğu-suala tutur:

– Deyin, burada nə baş verir?

– Bilmirəm, bu tədbiri ingiliscə necə adlandırmaq olar. Lakin siz əhəmiyyətini görürsünüz. Biz azadlığımız uğrunda yürüşə çıxmışıq, çünki bizim ölkəni Rusiya işğal edib, bu yaxınlarda isə üstəlik Azərbaycan tərəfindən işğal edilib…

Həmin millətçi erməni əlavə edir ki, Ermənistan 100 ildən artıqdır rus işğalı altındadır. O, Rusiyanı üstəlik “arsaxı Azərbaycana verməkdə” ittiham edir. “Ona görə də bizim etirazımız Rusiya işğalına qarşıdır”,-erməni nasist vurğulayır.

Oxumağa dəyər:   Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir

Əlavə edir ki, küçənin o tərəfindəki hər iki mitinq (müxalifət və hökumət tərəfdarlarının mitinqi) Rusiyanın maraqlarını təmsil edir. Onların etirazı isə “erməni xalqının yeganə səsidir”.

– Siz hesab edirsiniz ki, Ermənistan üçün Rusiyasız daha yaxşı olacaq?

– Bəli, Rusiya Ermənistanın düşmənidir və bizim ölkəmizi 1920-ci ildə işğal edib. Biz müstəqil ölkə idik və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdıq, onlar isə bizi işğal etdilər.

– Axı bir çox ermənilər Rusiyanı sevir?!

– Bəli, çünki onlar işğal altındadırlar. Onlar (ruslar) hər şeyə nəzarət edir, maliyyə işlərinə, orduya. Bir çox razılaşmalar imzalanıb və nəticədə bizim müdafiə sistemimiz çöküb. Bu müharibədə erməni silahları ilə bağlı çoxlu problemlər ortaya çıxdı. Paşinyan dedi ki, bir çox silahlar ümumiyyətlə işləmədi. Cəmi 10 faiz işləyə bildi (Paşinyanın “İsgəndər”lər haqda məlum bəyanatını nəzərdə tutur), bu da onu göstərir ki, Rusiya düşməndir.

Oxumağa dəyər:   Türkiyə Yunanıstana yardım təklif edib

Həmin erməni özünü “Sasna Tsrer” qruplaşmasının da daxil olduğu “Milli demokratik ittifaq” adlı hərəkatın üzvü kimi təqdim edir. Bildirir ki, onlar Qaregin Njdenin (erməni faşisti və müasir Ermənistan dövlətinin ideoloji atası) heykəlinin qarşısına toplaşıblar, “Rusiya işğalına son qoyulmasını” tələb edirlər…

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video

Multimedia 02/03/2021 12:39
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycan və Türkiyə kino sahəsində əməkdaşlığa hazırlaşır.

Bu barədə Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, müharibədə qəhrəmanlıq göstərən əsgərlər barədə film çəkiləcək:

“30 il işğal altında olan torpaqlarımızı azad etdik və savaşda qəhrəman əsgərlərimizin şücaətini daha təsirli səviyyədə göstərmək üçün kinolara ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrindən Azərbaycan da istifadə edəcək”.

Bundan əlavə, A. Kərimov vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda tarixi abidələrin bərpası prosesi də Türkiyə ilə birgə həyata keçiriləcək.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Oğurluq edərkən kameraya düşdü – VİDEO

Multimedia 02/03/2021 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.

Əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən klə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov da saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

Multimedia 02/03/2021 11:00
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb.

“Report” görüntüləri təqdim edir:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video

Multimedia 02/03/2021 10:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” Su Elektrik Stansiyasının su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” təxirəsalınmaz işləri davam etdirir. 

verilən məlumata görə,  40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıçı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb.

Çünki hər biri 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması hər an qurğunun uçmasına və daşqına səbəb ola bilərdi. Buna görə də, ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Bu çətin və xüsusi dəqiqlik tələb edən iş “Azərenerji” mütəxəssisləri ilə yanaşı yerli şirkət tərəfindən həyata keçirilir. Hazırda su tullayıcı qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.

Oxumağa dəyər:   Şamaxıda toyda 50 nəfər saxlanılıb

Bununla yanaşı “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq, dayanıqlıq və etibarlıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması nəzərdə tutulub.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO

Multimedia 01/03/2021 17:24
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərbaycanın Qarbağın bərpasına, ilk novbədə də burada infrastrukturun bərpasına çox ciddi yanaşdığını görürəm. Həyatın bərpa olunması çox gözəldir”.

Bunu “Report”aAzərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfər etmiş Rusiyanın RBK telekanalının xüsusi müxbiri Artyom Patyomin deyib.

Jurnalist gördüklərinin yaratdığı təəssüratlardan danışıb: “Uzun zaman burada heç nə olmayıb. Ağdamda elə təəssürat var ki, sanki nüvə partlayışı olub. Demək olar, heç bir ev salamat qalmayıb. Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?! Ağdamdan məcburi şəkildə köçkün düşən şəxslərlə görüşmüşəm. Onlar kiçik vətənlərini göz yaşları ilə xatırlayırlar və qayıtmağı çox istəyirlər. Ümid edirəm ki, sizdə hər şey alınacaq, şəhər bərpa olunacaq və onlar geri qayıda biləcəklər”.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO

Multimedia 01/03/2021 15:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Minaatanlar təlim prosesinin növbəti mərhələsini müvəffəqiyyətlə icra edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO

Multimedia 01/03/2021 13:49
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib.

 DİN Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş vətəndaş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi  aşkar edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi killi miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 03/03/2021 17:02

Naxçıvan Qarnizonu qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib – VİDEO

Read more
Multimedia 03/03/2021 14:17

Ödəmə terminalını oğurlayıb qəbirstanlığa apardılar – Video

Read more
Multimedia 03/03/2021 13:52

Külli miqdarda aksiz markası olmayan siqaretlər aşkarlandı – Video

Read more
Multimedia 03/03/2021 10:49

DİN-dən quzu gəzdirənlər haqda açıqlama – VİDEO

Read more
Multimedia 03/03/2021 00:54

Bakıda quzuya uşaq bezi taxıb gəzdirdilər, polis saxladı – Video

Read more
Multimedia 02/03/2021 23:47

“Şuşa da, Qarabağ da Azərbaycanındır” – Ermənidən etiraf+Video

Read more
Multimedia 02/03/2021 18:42

Füzulinin daha bir kəndindən – Video

Read more
Multimedia 02/03/2021 15:32

Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO

Read more
Multimedia 02/03/2021 13:37

“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video

Read more
Multimedia 02/03/2021 12:39

Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video

Read more
Multimedia 02/03/2021 12:37

Oğurluq edərkən kameraya düşdü – VİDEO

Read more
Multimedia 02/03/2021 11:00

Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

Read more
Multimedia 02/03/2021 10:47

“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video

Read more
Multimedia 01/03/2021 17:24

RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO

Read more
Multimedia 01/03/2021 15:07

Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO

Read more
Multimedia 01/03/2021 13:49

Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO

Read more
Multimedia 01/03/2021 11:24

DİN maşınların texniki baxışı ilə bağlı xəbərdarlıq yaydı – VİDEO

Read more
Multimedia 01/03/2021 11:22

Yaşlı insanların təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı – VİDEO

Read more
Multimedia 01/03/2021 11:14

“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi – VİDEO

Read more
Multimedia 01/03/2021 11:07

“Şuşanı alan XTQ-lər yaralı halda azı 3 gün döyüşüb” – Video

Read more
Multimedia 01/03/2021 10:27

Martın ilk günü Gədəbəyə qar yağır – Video

Read more
Multimedia 01/03/2021 10:09

Ağdamın Güllücə kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 28/02/2021 18:42

Xocavəndin Çiraquz kəndi – VİDEO

Read more
Xəbər 28/02/2021 18:04

Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO

Read more
Multimedia 28/02/2021 12:57

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər

Read more
Multimedia 28/02/2021 01:07

Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO

Read more
Multimedia 27/02/2021 16:57

Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video

Read more
Multimedia 27/02/2021 16:42

Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video

Read more
Multimedia 27/02/2021 16:07

“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video

Read more
Multimedia 27/02/2021 15:12

İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO

Read more
Multimedia 27/02/2021 13:44

“Alı” ləqəbli narkotacir saxlanıldı – Video

Read more
Multimedia 27/02/2021 13:42

Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO

Read more
Multimedia 27/02/2021 13:27

Ermənilərin Xocavənddə atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO

Read more
Multimedia 27/02/2021 10:47

Əfəndilər kəndindən görüntülər – Video

Read more
Multimedia 27/02/2021 08:07

ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO

Read more
Multimedia 26/02/2021 19:42

Şuşada bir dəqiqəlik sükut… – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla