“Azərbaycan coğrafi mövqeyinə görə hər zaman böyük güclərin diqqət mərkəzində olub. Lakin bunlara baxmayaraq, böyük mədəni irs yarada bilib”.
Bunu Ankara Universitetinin professoru Yıldız Deveci Bozkuş “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geriqayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda Azərbaycanın izləri mütəmadi olaraq məhvə məruz qoyulub.