İtkin düşənlərin taleyini araşdıran təşkilatlar birgə fəaliyyət göstərməlidirlər.
Bunu Türkiyənin ailə və sosial xidmətlər nazirinin müavini Zafer Tarıkdaroğlu itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransın “Etimad, barışıq və sülh quruculuğu proseslərində itkin düşmüş şəxslər problemi” mövzusunda keçirilən sessiyasında deyib.
Onun sözlərinə görə, bütün beynəlxalq platformalarda Türkiyə və Azərbaycanın eyni mövqedən çıxış etməsi çox qiymətlidir: “Bu dostluq əzəldən əbədiyyətə qədər gələcək nəsillərə gözəl bir örnək təşkil edir. Bu gün ölkələrimiz arasında əlaqələr ən yüksək səviyyədədir”.