“Atatürk Mədəniyyət Mərkəzində dəyərli rəssamımız Nigar Abbasbəylinin “Qarabağın mirası” adlı rəsm sərgisinə toplaşmaqdan böyük məmnunluq duyuruq. Azərbaycan Mədəniyyət Nazirliyi və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə Qarabağın və Şuşanın mənzərəsini Nigar Abbasbəylinin əsərləri ilə İstanbuldakı sənətsevərlərə nümayiş etdirilir”.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Özgül Özkan Yavuz bildirib.

Nazir müavini qeyd edib ki, sərgidə nümayiş etdirilən rəsm əsərlərində xüsusi tonlar özünü göstərməkdədir: “Erməni vandallar Qarabağın mədəni irsinə, memarlıq abidələrinə və tarixi əhəmiyyət daşıyan yerlərinə qarşı çox böyük cinayətlər törədiblər. Lakin, buradakı əsərlərdə, əslində o torpaqlarda olan ümidi görə bilirik. Çünki, qədim tarixə malik bir mədəniyyətiniz varsa, heç kim onu məhv edə bilməz”.

İstinadlar Report