Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.

Bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum “X” sosial şəbəkəsində bildirib.

“Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1 025-nə cüzi ziyan dəyib, 12 300-dən çoxuna ziyan dəyməyib”, – Kurum qeyd edib.

Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.

Daha əvvəl 400-dən çox binanın zədələndiyi bildirilirdi.Ən çox ziyan şəhərin qərbində sıx məskunlaşan ərazilərin – Bahçelievler, Esenler, Bağçılar, Avcılar və Küçükçekmecenin sakinlərinə dəyib.