
Türkiyənin COP31 namizədliyi davam edərkən, bu prosesdə göstərdiyi güclü dəstəyə və əməkdaşlığa görə Azərbaycana bir daha təşəkkür etmək istəyirəm.
Bunu Antalya Diplomatiya Forumunda Azərbaycan Prezidentinin İqlim Məsələləri üzrə Nümayəndəsi, COP29-un prezidenti Muxtar Babayevlə görüşən Türkiyənin ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum sosial şəbəkə hesabında yazıb.