“Ankara İsveç və Finlandiyanın NATO-ya üzvlük öhdəliklərini yerinə yetirməsini gözləyir”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, bu ölkələr Türkiyənin tələblərinə əməl etməlidir:

“Onlar indi NATO-ya daxil olmaları ilə bağlı bizdən, parlamentimizdən razılıq gözləyirlər. Bu barədə heç nə deməyəcəyik. Biz onlara deyirik: “Nəyə imza atmısınızsa, onu da yerinə yetirin. Bu qədər sadə”.

İstinadlar Report