Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmaq məsələsində Azərbaycanı dəstəklədiyini bildirib.

Bunu o, “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda keçirilən beynəlxalq tədbirdə edib.

“Bu coğrafiyada parıldayan Azərbaycanın Prezidenti olan İlham Əliyev xalqına bunu işarə elədi ki, Qərbi azərbaycanlılar yurdlarına qayıtmalıdır, bunun üçün çalışmalısınız. Mən də bu haqq savaşında Azərbaycanın dəstəkçisiyəm”, – deyə Ş.Ayrım əlavə edib.

TBMM üzvü vurğulayıb ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil, ordusu, siyasətçiləri, xalqı ilə güclü bir Azərbaycandır:

İstinadlar Report