“Ermənistan dinc insanların yaşadığı şəhərləri bilərəkdən bombalayıb”.

Bu sözləri Gəncə şəhərində səfərdə olan türkiyəli jurnalist Esra Öztürk “Report”un Qərb bürosuna verdiyi müsahibədə bildirib.

Füzuli və Xocavənddən sonra Gəncəyə səfər edən jurnalist Esra Öztürk gördükləri mənzərədən heyrətə gəldiyini vurğulayıb.

“Ermənistan tərəfi o raketləri qəsdən mülki insanların yaşadığı əraziyə atıb. Heç vaxt müharibə gedən ərazidən bu qədər uzaq bir yerə səhvən raket düşə bilməz. Onlar istəyiblər ki, Azərbaycan tərəfi də onların mülki insanlarının yaşadığı əraziləri atəşə tutsun və beləliklə, dünyaya növbəti ləkə yaxma kampaniyasını aparsınlar. Mən dünən Xocavəndin Edilli kəndində oldum. Orada aşkarlanan məzarlıqda gördüklərim ermənilər tərəfindən törədilən vəhşiliyin sadəcə bir qismi idi. Dünya bu vəhşiliyi bilməlidir”, – türkiyəli jurnalist deyib.

İstinadlar Report