Türkiyəli iş adamı Bora Yazır Anım Günü ilə bağlı paylaşım edib.Iş adamı qeyd edib ki, Azərbaycanın qəhrəmanlıq savaşından iki il ötür:

“Öz tarixi torpaqlarına sahib çıxan millət 44 günlük müharibə ilə dastan yazdı. 30 illik işğal sona yetdi. Bu şərəfli anı xalqına, vətəninə, bütün türk dünyasına yaşadan müzəffər orduya təşəkkür edir, şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyir, qazilərimizə şəfa diləyirəm. Türkiyə – Azərbaycan qardaşlığı təkcə haqq savaşında deyil, daim davam edib və edəcək.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikri özünü bu Vətən müharibəsində də doğrultdu. Dünyaya haqq səsimizi çatdırmaq üçün, bundan sonra da bu prinsipə əməl  etmək, bir millət olaraq, hər birimizin borcudur. Vətəni, torpağı qorumaq və inkişafı üçün tək vəzifə yox, həm də sıravi vətəndaş öhdəliyidir.
Bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə tarixi köklər, mənəvi bağlarla yaxın olan çox az ölkə var.

Biz bu bağların möhkəmlənməsinə görə, torpaqlarımızı VƏTƏN edən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik”.

İstinadlar Qafqazinfo