Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində türkiyəli investorlarla görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Report”un yerli bürosuna verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahədəki islahatlar barədə məlumat verilib, birgə fəaliyyətin potensial imkanları haqqında fikir mübadiləsi aparılıb.

Görüşün əsas müzakirə mövzusu Naxçıvanda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi olub.

İstinadlar Report