Azərbaycan və Ermənistan arasında sülh sazişi COP-29-dan əvvəl imzalana bilər.
Bu barədə türkiyəli ekspert Adnan Hüseyn “X”də yazıb.
O bildirib ki, Ermənistan-Azərbaycan sərhədi boyunca demarkasiya olunmuş ərazilərdə tikanlı məftillər çəkilib: “Çətinliklər yaratmağa çalışan bəzi daxili və xarici amillərə baxmayaraq, bu addımlar prosesin müsbət istiqamətdə getdiyini göstərir. Baş verənlər sülhün COP29-dan əvvəl və ya bu müddət ərzində imzalana biləcəyinə dair proqnozları gücləndirir”.