Qarabağ müharibəsi 1828-ci ildə Türkmənçay müqaviləsi ilə parçalanan Azərbaycanın ilk dəfə irəliyə doğru addım atdığı müharibədir. Bu addımı gələcəyə doğru davam etdirməyə məcburuq.

Bunu təhlükəsizlik üzrə türkiyəli mütəxəssis Abdullah Ağar “Qlobal Sistemlərdə yeni dövr, güc savaşları və Cənubi Qafqaz” mövzusunda keçirilən beynəlxalq paneldə deyib.

Onun sözlərinə görə, müharibə xalqın odla imtahanıdır: “Azərbaycan bu imtahandan alnıaçıq çıxıb. 2-ci Qarabağ müharibəsinin necə çətin bir müharibə olduğunu bilirəm. Bu müharibə sadəcə Azərbaycan və Türkiyə üçün yox, həm də bəşəriyyət üçün çox dəyərlidir. Çünki haqqın necə alınacağını öyrədir. Bütün məzlumların haqqının necə bərpa olunduğunu göstərir”.

Türkiyəli ekspert, həmçinin ABŞ-nin İraq və Əfqanıstanla olan münasibələrindən də danışıb. Onun sözlərinə görə, ABŞ-nin bu ölkələrdəki işğal faktının əsas məqsədi enerji mənbələrinə hökmranlıqdır.

İstinadlar Report