Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanı qarşısına almaqla atəşlə oynayır. Çünki nə ABŞ, nə də Fransa region ölkəsidir.

Bunu Türkiyənin Los- Ancelesdəki keçmiş baş konsolu Gülru Gezer “Cənubi Qafqazda sülh üçün fürsət pəncərəsi daralırmı?” sərlövhəli məqaləsində yazıb.

O qeyd edib ki, Rusiya Ukraynadakı müharibə ilə bağlı yorulmuş ola bilər, amma Qafqazdakı maraqlarından imtina etməyib: “Rusiya Ermənistanın Qərblə yaxınlaşmasını, Avropa İttifaqı və NATO ilə əlaqələrin inkişafını istəmir. Rusiya iki ölkə yekun sülh sazişinə dəstək verdiyini dəfələrlə bəyan edib. Amma Qərblə yaxınlaşan Paşinyanın hakimiyyətdə qalmasına o qədər də isti yanaşmır”.

İstinadlar Report