Türkiyə Ukraynadakı münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqların aparılmasında vasitəçiliyi Azərbaycan tərəfinə ötürə bilər. Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq.

Bunu türkiyəli analitik Engin Özer deyib.

“Türkiyənin İstanbul danışıqlarının razılaşdırılmış bütün məqamlarını Azərbaycan tərəfinə ötürməsi və danışıqların diplomatik dəstəklə Bakıda aparılmasını təmin etməsi variantlardan biri ola bilər. Moskva və Kiyev Bakı variantına qarşı çıxmayacaq”, – o bildirib.

E.Özerin sözlərinə görə, Moskvanın bəyəndiyi vasitəçi ölkə müharibə başa çatdıqdan sonra beynəlxalq arenada çox güclü mövqeyə malik olacaq: “Ona görə də Moskva bu “hədiyyə”ni NATO üzvü olan ölkəyə vermək istəməyəcək. Çox güman ki, Rusiya Qoşulmama Hərəkatının üzvü olan ölkəyə üstünlük verəcək”.

İstinadlar Report