
Türkiyəli aktyor İsmail Köksal Engür vəfat edib.
O, böyrək çatışmazlığından dünyasını dəyişib.
Mərhumun 77 yaşı var idi.
Qeyd edək ki, İ. K. Engür 1946-cı ildə Qarsda anadan olub. Həm teatrda, həm də filmlərdə müxtəlif obrazlar canlandırıb. O, dublyaj aktyoru kimi də tanınırdı.