Tanınmış türkiyəli aktyor Peker Açıkalın beyin qanaması keçirib.
Xəstəxanaya yerləşdirilən 61 yaşlı yumoristik aktyor nitq qabiliyyətini itirib. Onun nitq funkiyasını bərpa etmək üçün cərrahi əməliyyat edilməsi gözlənilir.
Qeyd edək ki, bir neçə il əvvəl infarkt keçirmiş aktyor həmin vaxt da uzun müddət xəstəxanada müalicə almışdı.