Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçen hava limanından xeyli sayda uçuş ləğv olunub.
Buna səbəb kimi gözlənilən əlverişsiz hava şəraiti göstərilib.
Bildirilib ki, fevralın 11-i üçün nəzərdə tutulan uçuşların beş faizi, növbəti gün üçün nəzərdə tutulan uçuşların isə on faizi ləğv edilib.